XİN: Sloveniya Dağlıq Qarabağda keçirilən "parlament seçkilәri"ni tanımır
“Bir daha tәkrarlayırıq ki, Sloveniya Dağlıq Qarabağda keçirildiyi deyilәn "parlament seçkilәri"nin hüquqi çәrçivәsini tanımır”.
APA-nın mәlumatına görә, bu barәdә Sloveniya Xarici İşlәr Nazirliyinin qondarma rejimin Dağlıq Qarabağda tәşkil etdiyi "parlament seçkilәri" ilə bağlı bəyanatında bildirilir.
Sloveniya XİN bəyan edib ki, bu prosedur Dağlıq Qarabağın gәlәcәk hüquqi statusunu әvvәlcәdәn müәyyәnlәşdirә vә danışıqlar prosesinә tәsir edә bilmәz: “Sloveniya XİN ATӘT-in Minsk Qrupunun vә onun hәmsәdrlәrinin status-kvonu aradan qaldırmaq vә danışıqlar prosesindә nailiyyәt әldә etmәk istiqamәtindәki sәylәrini dәstәklәyir”.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik