İŞİD Mosulda beşulduzlu hotel açdı
İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərində beşulduzlu hotel istifadəyə verilib.
APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, bu hoteldə yalnız İŞİD komandirləri istirahət edə bilərlər.
Mosuldakı "Ninawa International Hotel"də bundan sonra xüsusi qaydalarla xidmət ediləcəyi açıqlanıb. 11 mərtəbədə 262 nömrədən ibarət hoteldə İŞİD komandirlərinə tennis kortları, hovuz istirahəti də təklif olunur. Binanın ətrafı isə yeni əkilmiş palma ağacları ilə əhatə olunub.
Maraqlıdır ki, qruplaşma hotelin keçmiş adını dəyişərək "Waritheen" qoyub. Bu ad əcnəbi dildən tərcümədə "varislər" mənasını daşıyır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik