Bakıda yağış yağacaq
Mayın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik