Ali məktəblərə qəbulda yenilik: I ixtisas qrupunda minimal bal tələbi tətbiq ediləcək
“Təhsil Nazirliyi tərəfindən bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbinin tətbiq edilməsi ilə bağlı təkliflər verilib. Bu təkliflər qəbul olunub və bu il keçiriləcək qəbul imtahanlarında nəzərə alınacaq”.
Bu fikirləri APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
TQDK sədrinin sözlərinə görə, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək. M.Abbaszadə qeyd edib ki, cari ildən ali məktəblərə qəbul zamanı müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik