Bakı 2015 Avropa oyunlarının məşəli Füzulidə alovlandı
I Avropa Oyunlarının məşəli Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində Bayraq Meydanında qarşılanıb.
Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 4300 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər məşəli Bayraq Meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldırıb.
Daha sonra simvolik çıraq alovlandırılaraq festivala start verilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik