Bank Of Baku

Zaqatalada evdə yanğın olub

# 11:56
8 may 2015

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA TV-yə verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində qeydə alınıb.

 

Süleyman Abdulqədir oğlu Çobanova  məxsus, ümumi sahəsi 200 kv. m olan ikimərtəbəli  5 otaqdan ibarət  fərdi yaşayış evi qəfil  alovlanıb.

 

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.  Yanğın nəticəsində evin birinci mərtəbəsinin tavanı və mətbəxdə mebelin bir hissəsi yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR