Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.
Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.
Ziyarət mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik