Polşada prezident seçkiləri keçirildi
Polşada prezident seçkiləri keçirilib. İctimai rəy sorğularına əsasən, qələbə çalmaq şansı hazırkı prezident Bronislav Komorovskidə daha yüksəkdir.
Son rəy sorğuları seçicilərin 35 faizinin Komorovskiyə səs vermək arzusunda olduğunu göstərib.
Hazırkı prezidentin əsas rəqibi "Qanun və ədalət" adlı müxalifət partiyasının namizədi Anjey Dudadır. Rəy sorğuları onun reytinqinin 27 faiz olduğunu göstərib.
Üçüncü yerdə rok-musiqiçi Pavel Kukizdir, rəy sorğuları onun reytinqin 15 faiz olduğunu güman etməyə əsas verir.
Seçkilərdə namizədlərdən heç biri səslərin 50 faizini toplaya bilməsə, mayın 24-də seçkilərin ikinci turu keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik