Yəməni bombalayan koalisiya təyyarəsi yoxa çıxıb
Səudiyyə Ərəbistanın rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar zamanı Mərakeşə aid F-16 qırıcısının itdiyi məlum olub.
APA TV-nin məlumatına görə, bu barədə Mərakeş Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.
Mərakeşin silahlı qüvvələrinə məxsus təyyarə "ərəb koalisiyası"nın tərkibində Yəmənin bombalanmasında iştirak edib. Hadisə barədə ətraflı məlumat verilməsə də, araşdırmaların davam etdiyi bildirilib.
Xatırladaq ki, Yəmənin husi üsyançıları tərəfindən devrilmiş prezidentinin dəvəti ilə bir müddətdir koalisiya qüvvələri ölkədəki vəziyyətə hərbi müdaxilə ediblər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik