I qrup üzrə keçid balları artırılan ixtisaslar - SİYAHI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlərinə müraciət edib.
TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, komissiya Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində I qrupun 6 ixtisası üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib. Bunlara Geologiya - 300 bal, Kompüter elmləri - 300 bal, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi - 250 bal, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi - 250 bal, İnşaat mühəndisliyi - 250 bal və Nəqliyyat tikintisi mühəndisliyi - 250 bal daxildir.
Qeyd edək ki, bu günlərdə TQDK sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, bu il ali məktəblərə qəbulda I qrupda 6 ixtisas üzrə Təhsil Nazirliyi müsabiqəyə buraxılmaq şərtini 200 bal deyil, 250 bal və 300 bal təyin edib və bu, tətbiq ediləcək.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik