İŞİD-in ikinci lideri Arifi öldürüldü
İraqda İŞİD-in ikinci əsas lideri məhv edilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Əbu Ala əl-Arifi adlı terrorçu hava hücumları nəticəsində öldürülüb.
İraqın Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosulun qərbindəki Telafer yaşayış məntəqəsini bombalayıb. Əməliyyat həmin bölgədə İŞİD liderlərinin toplantı keçirəcəyi barədə məlumat əldə edildikdən sonra həyata keçirilib. Bombardmanlar nəticəsində Arifi ilə bərabər qruplaşmanın bir neçə önəmli üzvünün də öldürüldüyü deyilir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri