İŞİD İraqda Ramadi şəhərini ələ keçirdi
İŞİD İraqda daha bir böyük şəhəri ələ keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hökumət qüvvələri Ramadi şəhərinin müdafiəsi uğrunda terrorçular qarşısında tab gətirə bilməyiblər. İŞİD şəhəri ələ keçirib və Ramadidə artıq qruplaşmanın bayrağı dalğalanır: "Buna baxmayaraq biz İŞİDlə sona qədər mübarizə aparacağıq, onları tutduqları şəhərlərdən qovacağıq" - deyə İraq polisinin zabiti bildirib. Xatırladaq ki, Ramadinin yerləşdiyi Ənbar vilayəti hazırda terror qruplaşmasının nəzarətindədir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri