Mahnı müsabiqəsinin gənc iştirakçısı güllələndi
Türkiyənin "Fox" telekanalında yayımlanan "Səsi çox gözəl" mahnı müsabiqəsi ilə tanınan Mutlu Kaya Diyarbəkirdə silahlı hücuma məruz qalıb.
APA TV-nin məlumatına görə, o, evində tapançadan açılan atəşlə başından vurulub. Mutlu Kaya xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Mutlu Kayanın mahnı müsabiqəsinə gəlişinin maraqlı tarixçəsi var. Tanınmış müğənni Sibel Can Diyarbəkirdəki məktəblərdən birinin bufetində işləyən gənc qızın oxuduğu mahnını dinləyib və onun "Səsi çox gözəl" müsabiqəsində iştirakına şərait yaradıb.
Müsabiqədə iştirak üçün Sibel Canın İstanbula apardığı Mutlu Kaya performansı ilə tamaşaçılar tərəfindən bəyənilib. O, televiziya proqramında bildirmişdi ki, universitetə qəbul olunsa da, imkansızlıq üzündən təhsilini tamamlaya bilməyib.
Son məlumata görə, müğənnilik həvəsində olan gənc qıza silahlı hücumda şübhəli bilinən bir nəfər tutulub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri