Zakir Qaralov: “Yanğına üzlük materialının keyfiyyətsiz olması səbəb ola bilər”
Azadlıq prospekti 200/89 ünvanında baş verən yanğına binaya vurulmuş üzlük materialının lazımı keyfiyyətdə olmaması səbəb ola bilər. APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə baş prokuror Zakir Qaralov verib.
“İlkin fərziyəyə görə, yanğına üzlük materialın lazımi keyfiyyətdə olmamasıdır. Bununla bağlı həm bu işi aparan icra orqanlarında təhvil-təslim aktları götürülüb və bütün vəzifəli şəxslərin hərəkətlərinə qiymət veriləcək. Hal hazırda əsas xilasetmə işləridir”.
Baş prokurorun sözlərinə görə, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri