Azərbaycanda dollar bahalaşıb, avro və rubl ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir gün əvvələ nisbətən bahalaşıb. Hazırda bir dolların kursu 1,0486 manat təşkil edir.
Avro və Rusiya rublunun dəyəri isə ucuzlaşmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1664 manat, 1000 Rusiya rublu isə 21 manat 10 qəpikdir.
Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri