Azərbaycanda zəlzələ oldu
Goranboy rayonunda zəlzələ baş verib.
APA TV-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06:20-də qeydə alınan zəlzələnin episentri Mingəçevir şəhərindən 32 km qərbdə, Goranboy-Yevlax sərhədində, ocağı isə 17 km dərinlikdə yerləşib.
Yeraltı təkanın maqnitudası 4,7 olub. Zəlzələ episentrdə 4,0 bal, yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri