"Eurovision-2015"in qalibini ölümlə hədələdilər
"Eurovision-2015"in qalibi Mons Zelmerlovun sosial şəbəkədəki paylaşımı etirazla qarşılanıb.
APA TV-nin məlumatına görə, Monsun paylaşdığı fotoda Albaniyanın bayrağını təhqir etdiyi iddia edilib.
Müğənninin uzandığı çarpayıda ayaqlarının altında Albaniyanın bayrağının olması ölüm təhdidləri ilə nəticələnib. Şərhlərdə ifaçını ölümlə hədələyərək fotonu silməsini tələb ediblər.
Albaniya mətbuatı məsələni gündəmdə saxlayaraq İsveçdən rəsmi cavab istəyib. İsveç-Albaniya Federasiya Birliyinin rəhbəri Ali Şipşani Monsu üzr istəməyə dəvət edib. Etirazların artdığını görən müğənni həmin fotonu hesabından silib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri