Bank Of Baku

İsrail Qəzzanı yenidən bombalamağa başladı

# 15:52
27 may 2015


İsrail Hərbi Hava Qüvvələri Qəzza sektorunu yenidən bombalayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu zərbələrin həmin ərazidən atılan raketlərə cavab olduğu açıqlanıb. Qəzza sektorundan atılan raketlərdən birinin İsrailin cənubunda yerləşən liman şəhəri Aşdoda düşdüyü və dağıntılara səbəb olduğu deyilir. İtkilər barədə məlumat verilmir. "Axşam saatlarında partlayış səsləri eşidildi. Zərbələr Qəzza istiqamətindən endirildi" deyə, regional şuranın nümayəndəsi bildirib. Bu, 2014-cü ildən "Müdafiə sərhədi" əməliyyatlarının dayandırılmasından sonra İsrail ərazisinə Qəzza sektoru tərəfindən endirilən ilk raket zərbələridir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR