Bank Of Baku

Ukraynalı deputat məşhur Azərbaycan mahnısını oxudu

# 13:10
29 may 2015

Ukraynanın tanınmış estrada ulduzu, Ali Radanın deputatı Zlata Oqneviç sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus olan "Gəl ey səhər" mahnısını ifa edib.


APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Zlata Oqneviç deyib ki, bu mahnını ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətini bildirmək istəyib.

 

Mahnının klipi artıq internetdə yayılıb.

 

Qeyd edək ki, Zlata Oqneviç Ukraynanı 2013-cü ildə "Eurovision" müsabiqəsində təmsil edib. O, ötən il keçirilən növbədənkənar parlament seçkilərində Oleq Lyaşkonun Radikal Partiyasının siyahısından millət vəkili seçilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR