Bank Of Baku

İstanbulda güclü partlayış

# 16:16
1 iyun 2015

İstanbulda güclü partlayış baş verib. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, Əlibəyköydə metro inşaatı aparılan ərazidə qaz borusu partlayıb.

 

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər gəliblər. Ətraf binalarda yaşayan sakinlər təxliyə edilib. Əraziyə bütün giriş-çıxışlar bağlanılıb. Hazırda ərazi ciddi polis nəzarəti altındadır.

 

Verilən ilkin məlumatda bildirilir ki, qaz xətti tamamilə sıradan çıxıb və hazırda xətdə olan qazın boşalması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR