İnterpol FİFA-nın keçmiş vitse-prezidentini axtarır
İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. APA TV-nin məlumatına görə, məlumat təşkilatın saytında dərc edilib.
Çirkli pulların yuyulması, dələduzluq və pul tələb etməkdə ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.
Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri