Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər
Hindistan prezidenti Pranab Mukerci və İsveç kralının ailə üzvləri yol-nəqliyyat qəzasına uğrayıblar. APA TV-nin məlumatına görə, hadisə İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Yerli polisin məlumatına görə, qəza nəticəsində Hindistan prezidenti, həmçinin kortejdəki avtomobillərin birində olan İsveç kralının ailə üzvləri - şahzadə Viktoriya və onun həyat yoldaşı Daniel qəza nəticəsində xəsarət almayıblar. Xəsarət alan şəxslərin kimliyi açıqlanmır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri