BMT Yəməni bombalamamağa çağırdı - RAMAZAN AYINA GÖRƏ
"Ərəb koalisiyası"nın bombardmanı nəticəsində Yəmən üsyançıları ağır zərbə alıblar.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bunu husi-şiə birləşmələrinin komandanlığı da təsdiqləyib. 20 üsyançının öldüyü bildirilir.
Aviazərbələr husilərin maşın karvanına endirilib. Paytaxt Sənada bir neçə ev dağılıb. Mülki əhali arasında da itki var, 8 nəfər ölüb, 6-sı yaralanıb. "Onlar dinc sakinləri niyə bombalayırlar? Bizdə silah var? Onlar sadəcə insan öldürmək niyyətindədirlər" - deyə paytaxt sakini bildirib.
Bu arada BMT TŞ tərəfləri yenidən "humanitar atəşkəs"ə dəvət edib. Onlar bunu Ramazan ayı ilə əlaqələndiriblər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri