Bank Of Baku

İtaliyada 44 mafioz həbs edildi

# 11:18
5 iyun 2015

İtaliya polisi mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar 44 nəfəri həbs edib.

 

Əməliyyatlar paytaxt Romada, Rieti, Frazinone, Akvila, Kataniya və Enna əyalətlərində keçirilib. Həbs olunanlar arasında mafiya üzvü olan siyasətçilər və biznesmenlər də var.

 

İstintaqın versiyasına görə, söhbət miqrant axını ilə bağlı dövlətin maliyyə siyasətində aşkarlanan korrupsiya faktlarından gedir. Hazırda bu iş üzrə təqsirləndirilən daha 21 nəfər barəsində həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR