Qubada "Mercedes" aşdı: 2 ölü
Ötən gecə Quba-Xınalıq yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun Təngəaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sərt döngədə idarəetməni itirən "Mercedes" markalı avtomobilin sürücüsü maşını aşırıb. Nəticədə maşında olan iki nəfər ölüb. Ölənlər Quba rayonunun Zərdabi kənd sakinləri Məmmədsalahov Ceyhun Bəhman oğlu və Abbasov Vüqar Malik oğludur.
Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri