Britaniya parlamenti Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirilməsini dəstəklədi
Britaniya parlamenti baş nazir Devid Kemeronun krallığın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hakimiyyətdə olan mühafizəkarlarla yanaşı, ana müxalifət olan leyboristlərin parlamentdə təmsil olunan üzvlərinin əksəriyyəti də məsələyə müsbət yanaşıblar.
Yalnız şotland millətçiləri bununla əlaqədar etirazlarını bildiriblər. "Şotlandiyanı Avropa İttifaqından təcrid etmək demokratik dəyərlərə ziddir və bu bizim iradəmizə qarşı atılan addımdır" - deyə Şotlandiya Millətçi Partiyasının keçmiş sədri Aleks Salmond bildirib.
Xatırladaq ki, Devid Kemeron ölkəsinin Avropa İttifaqından çıxması ilə bağlı keçiriləcək referendumun 2017-ci ilə planlaşdırıldığını bildirib. Siyasi ekspertlər isə bu tarixin daha yaxın tarixdə baş tutacağını istisna etmirlər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri