Misirdə terrorçu-kamikadze qədim məbədin yaxınlığında partlayış törətdi - VİDEO
Misirdə qədim məbədlərin birinin yaxınlığında partlayış törədilib.
APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, avtomobildə olan üç kişi məbəd kompleksinin ərazisinə daxil olmaq istəyib. Bu zaman polis onlara atəş açıb.
Avtomobildə olan şəxslərdən ikisi öldürülüb, üçüncü isə partlayıcı qurğunu işə salmağı bacarıb. Partlayış nəticəsində ətrafdakı insanlardan dördü yaralanıb, onların arasında polis də var. Məbədi ziyarətə gələn turistlər arasında xəsarət alan yoxdur.
Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Ölkədə fəaliyyət göstərən bəzi diplomatik korpuslar vətəndaşlarını ehtiyatlı olmağa çağırıblar.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri