Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstan baş naziri İrakli Qaribaşvilini qəbul edib.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edilib və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri