Bank Of Baku

Hollandiya İsraili, Macarıstan isə Almaniyanı darmadağın etdi - SU POLOSU

# 13:52
12 iyun 2015

I Avropa Oyunları çərçivəsində qadınlar arasında su polosu yarışlarına start verilib.

 

APA TV-nin məlumatına görə, “A” qrupunda Hollandiya və İsrail yığmaları arasında keçirilən görüş maraq doğurub.

 

Turnirin favoritlərindən sayılan Hollandiya yığması rəqibini 29:1 hesabı ilə darmadağın edib. Qalib komandada Joustra Kitty Linnin qapıya 6 zərbəsi dəqiq olub. Qrupun digər oyununda Macarıstan və Almaniya yığmaları qarşılaşıblar. Avropanın ən yaxşılarından olan Macarıstan yığması rəqibinə 21:4 hesabı ilə qalib gəlib. Macarlardan Orsolya Hetzska və Reka Mikloş 4 qolla fərqləniblər.

 

Su polosu üzrə mütəxəssislər “A” qrupunda Hollandiya, Macarıstan və Yunanıstan yığmalarını qrup mərhələsini adlamağa əsas namizədlər hesab edir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR