Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı!
Azərbaycan idmançıları Avropa Oyunlarında ilk medalını qazanıb.
APA TV-nin xəbərinə görə, medalı hesabımıza qadınlardan ibarət karate yığmamızın üzvü, 55 kiloqram çəkidə mübarizə aparan İlahə Qasımova yazdırıb.
O, bürünc medal uğrunda döyüşdə ispan rəqibi Kristina Ferrer Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən döyüş idmançımızın 4-2 hesablı qələbəsi ilə başa çatıb.
Kristina Ferrer Qarsiyanın məşqçisi nəticəyə etiraz etsə də, hakimlər müşavirədən sonra idmançımızın qələbəsini rəsmiləşdiriblər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri