Qızıl medalı Firdovsi Fərzəliyevə prezident təqdim etdi
Avropa Oyunları çərçivəsində karate yarışlarında 60 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan idmançısı Firdovsi Fərzəliyevə qızıl medalı prezident İlham Əliyev təqdim edib. İdmançımızı təbrik edən dövlət başçısı medalı onun boynuna taxıb.
Qeyd edək ki, bu çəki dərəcəsində gümüş medalı italyan idmançı Luka Mareska, bürünc medalı isə Makedoniya təmsilçisi Emil Pavlov qazanıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri