Ərdoğan nazir qızının nikah şahidi oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ədliyyə naziri Kənan İpəyin qızının toyunda nikah şahidi olub. APA TV-nin məlumatına görə, toy Ankaranın məşhur hotellərindən birində keçirilib.
Nazlı Hilal İpək və Gürhan Erginin nikah şahidliyini prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə parlamentinin spikeri Cəmil Çiçək və baş nazir Əhməd Davudoğlu edib.
Rəcəb Tayyib Ərdoğan nikah şəhadətnaməsini təqdim edərkən, evliliyin uzun yol olduğunu xatırladıb və övlad sayı ilə bağlı ənənəvi tövsiyəsini dilə gətirib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri