Qadın güləşçilərimizdən daha bir medal!
Azərbaycanın güləş yığması daha bir medal qazanıb. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Natalya Sinişin bürün medal uğrunda görüşdə Ukrayna təmsilçisi Tatyana Kitlə qarşılaşıb. Görüşün birinci hissəsi güləşçimizin tam üstünlüyü ilə keçib. Ard-arda fəndlər işlədən Natalya Sinişin ilk hissəni 8-0 hesabı ilə başa vurub. İkinci hissənin sonlarında daha bir fənd işlətməyə nail olan güləşçimiz görüşü təmiz qələbə ilə başa vurub. Bu, qadın yığmamızın hesabında olan ikinci medaldır. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik finalda bolqar rəqibini 12-1 hesabı ilə məğlub edərək qızıl medal qazanmışdı.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri