Mariya Stadnikə qızıl medalı Mehriban Əliyeva təqdim etdi
Avropa Oyunları çərçivəsində qadın güləşçilərin yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan güləşçimiz Mariya Stadnikə medalı Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, bu çəki dərəcəsində bolqar idmançı Elitsa Yankova gümüş, polyak İvona Makkovska və rusiyalı Brik İslamova bürünc medallar qazanıblar.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri