İçərişəhərdə nəqliyyatın hərəkəti üç gün məhdudlaşdırılacaq
İyunun 18-də axşam saatlarından başlayaraq 19-21 iyun tarixlərində İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, bu, Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışının marşrutunun bir hissəsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən keçməsi ilə əlaqədardır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədilə tərəfindən bütün lazımi tədbirlər görüləcək.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri