Bank Of Baku

Radik İsayevə qızıl medalı Azərbaycan prezidenti təqdim edib

# 23:40
19 iyun 2015

Avropa Oyunlarında taekvondo üzrə 80 kiloqram çəki dərəcəsində mübarizədə qalib gələn idmançıların təltif edilməsi mərasimi keçirilib. Bu yarışların qalibi olan Azərbaycan idmançısı Radik İsayevə qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. Təqdimetmə mərasimində Azərbaycan Taekvondo Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. Təqdimetmə mərasimindən sonra dövlət himnimizin müşayiəti ilə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR