Bank Of Baku

Rusiyada evdən qaçan 19 yaşlı qız İŞİD-ə qoşuldu

# 10:40
20 iyun 2015

Rusiyada evdən qaçan 19 yaşlı qızın İŞİD terror qruplaşmasına qoşulduğu məlum olub.

 

APA TV-nin məlumatına görə, paytaxt Moskvada ticarət mərkəzində satıcı işləyən 19 yaşlı Patima Abdullayevə yoxa çıxıb.

 

Ailəsi polisə müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki,  əslən Dağıstandan olan Patima Türkiyə-Suriya sərhədini keçərək İŞİD sıralarına qoşulub. Gənc qızın valideynləri kömək üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məlum olub ki, 19 yaşlı qız Moskvadan Türkiyəyə, oradan da Suriyaya keçib.

 

Qeyd edək ki, bu, Rusiyada gənc qızların İŞİD-ə qoşulması ilə bağlı üçüncü faktdır. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR