Qarabağ separatçılarının əsas sponsoru məhkəmə qarşısında
“Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunan erməni iş adamı Levon Ayrapetyanın məhkəməsi iyulun 15-də başlayacaq.
APA-nın “news.am” saytına istinadən xəbərinə görə, proses Moskva Şəhər Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, “Başneft” işinə görə həbs edilən erməni iş adamı Levon Ayrapetyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimə maliyyə dəstəyi verən əsas diaspor fiqurlarından hesab olunur.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri