Bank Of Baku

Azərbaycanın Avropa Oyunlarında 35-ci medalı!

# 20:43
21 iyun 2015

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakı-2015 Avropa Oyunlarını mükafatla başa vurub. Təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin Avropa Oyunlarında qazandığı sayca 35-ci medaldır.

 

Çıxışı 18,200 xalla qiymətləndirilən idmançımız 3-cü cəhdində yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR