Bank Of Baku

İŞİD Palmiradakı tarixi-arxeoloji abidələri minalamağa başladı

# 13:09
22 iyun 2015

İŞİD nəzarətində olan Suriyanın antik şəhəri olan Palmiranı yer üzündən silməyə hazırlaşır.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçular artıq tarixi-arxeoloji abidələri minalamağa başlayıblar.

 

Hələlik İŞİD-in bu addımını blef kimi də dəyərləndirənlər var. Terrorçular partlayıcı qurğuları onlar qarşı döyüşən hökumət, koalisiya və müxalif qüvvələri qorxutmaq niyyəti ilə yerləşdirə bilərlər. İŞİD-in mayı ayında Palmiranı ələ keçirməsi dünyada narahatlıqla qarşılanmışdı. Çünki terror qruplaşması İraq ərazisində nəzarətinə keçirdiyi bölgələrdə dəfələrlə tarixi abidələri məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR