Avropadan daha bir müşahidə missiyası gəlir
Sentyabrın 11-dən 13-dək Azərbaycanda seçkiləri müşahidə edəcək AŞPA-nın missiyasının rəhbəri Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. AŞPA mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi seçki qabağı situasiyanı və seçki kampaniyasının gedişini dəyərləndirməkdir. APA TV-nin xəbərinə görə, nümayəndə heyəti səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəklər. Bundan başqa heyət Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, MSK sədri, QHT və media nümayəndələri ilə görüşəcək. Nümayəndə heyəti səfərin nəticələrinə dair bəyanatla çıxış edəcəklər.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib