Boksçumuz Elvin Məmişzadə yarımfinala çıxdı - VİDEO
Avropa Oyunlarında Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ¼ final mərhələsində bolqar boksçu Daniel Asenovla qarşılaşıb. Gərgin keçən döyüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Üç raundun nəticəsində görə rəqibindən üstün olan Elvin Məmişzadə yarımfinalda çıxış etmək imkanı qazanıb. Reqlamentə əsasən, yarımfinala çıxan idmançı ən azı bürünc mükafatı təmin etmiş olur.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri