Qadın boksçumuz dünya çempionuna qalib gəldi və yarımfinala vəsiqə qazandı
Avropa Oyunlarında ilk qadın boksçumuz yarımfinala vəsiqə qazanıb. APA TV-nin xəbərinə görə, ən azı bürünc medalı artıq təmin edən idmançımız boks yarışlarında 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanovadır.
¼ finalda bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə qarşılaşan Əlimərdanova üçün görüş çətin keçib. Buna rəğmən 3:0 hesabı ilə qalib gələn boksçumuz yarımfinala vəsiqəni təmin edə bilib. Anna Əlimərdanovanı yarımfinalda Rusiya təmsilçisi Yelena Savelyeva ilə görüş gözləyir.
Xatırladaq ki, bundan əvvəl boks yığmamızın daha dörd üzü - Tayfur Əliyev, Elmin Məmişzadə, Teymur Məmmədov və Məmmədrəsul Məcidov yarımfinalda çıxış etmək hüququ qazanıblar.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri