“Titanik” filminin bəstəkarı təyyarə qəzasında öldü
“Titanik”, "Cəsur ürək" və “Avatar” filmlərinin bəstəkarı Ceyms Horner təyyarə qəzası nəticəsində dünyasını dəyişib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza Santa-Barbara şəhəri yaxınlığında baş verib. C.Hornerə məxsus kiçik təyyarə qəzaya uğrayıb.
Faktı Ceyms Hornerin köməkçisi də təsdiqləyib. Təyyarə qəzasının səbəbi hələlik bəlli deyil.
Qeyd edək ki, 61 yaşlı C.Horner “Titanik” və “Avatar” filmlərindən başqa “Cəsur ürək”, “Troya” və digər məşhur filmlərin də bəstəkarı olub. Bəstəkar 1998-ci ildə “Titanik” filminə görə iki nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri