Boksçumuz Pərviz Bağırov da yarımfinala vəsiqə qazandı
Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir. APA TV-nin məlumatına görə, 69 kq. çəki dərəcəində 1/8 finalda Vasili Belus (Moldova) üzərində qələbə qazanan Pərviz Bağırov bu dəfə almaniyalı Abass Barau ilə münasibətlərinə aydınlıq gətirib. Döyüşün startından təşəbbüsü ələ alan həmyerlimiz bunu sonadək davam etdirib. Düzdür, Barau görüşün gedişatını dəyişməyə çalışıb. Lakin bunu bacarmayan rəqib 0:3 (27:30; 27:30; 27:30) hesabı ilə uduzub. Komanda yoldaşları kimi yarımfinala vəsiqə qazanan Bağırov bununla ən azı bürünc medalı özünə təmin edib.
Boksçumuz finala gedən yolda böyük britaniyalı Coş Kelli ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 26-da saat 13:45-də start götürəcək.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri