Oğuzda 53 yaşlı kişi özünü asdı
Oğuz rayonunda 53 yaşlı kişi intihar edib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Oğuz şəhərində qeydə alınıb.
Oğuz şəhər sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Səfər oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə övladları tərəfindən aşkar edilib.
Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardıqları araşdırma zamanı 53 yaşlı Məhəmməd Hüseynovun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, mərhum 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşərək qapalı həyat tərzi keçirib. Onun üç övladı var.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri