Obamadan Putinə növbəti tələb: Rusiya qoşunları Ukraynadan çıxarılmalıdır
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə Ukraynadakı münaqişəni müzakirə edib və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına dair Putinə çağırış edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
“Prezident Obama Rusiya qoşunlarının və texnikasının Ukraynadan çıxarılması daxil olmaqla Moskvanın Minsk sazişlərinə uyğun olaraq öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini qeyd edib”, - deyə məlumatda bildirilir.
Məlumata görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri