Sabirabad sakini üçəm dünyaya gətirdi
Şirvan doğum evində üçəm doğulub.
Şirvan doğum evindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayonunun Qaratəpə kənd sakini, 1991-ci il təvəllüdlü Mədinə İmamverdi qızı Kərimova iyunun 25-də saat 17.00 radələrində 3 oğlan dünyaya gətirib.
Şirvan doğum evinin baş həkimi Sevda Həsənova körpələrin vəziyyətinin normal olduğunu bildirib: "Uşaqların vəziyyəti hazırda qənaətbəxşdir. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 2,5 kq, 2,510 və 2,610 kiloqramdır".
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri