Boksçularımızdan ikinci qızıl medal! Elvin Məmişzadə finalda qalib gəldi!
Azərbaycanın boks yığması Avropa Oyunlarında ikinci qızıl medalı qazanıb. Komandanın hesabına qızıl medalı yazdıran 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə olub. 23 yaşlı boksçu həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gəlib. Hər üç raundda rəqibindən üstün olan Elvin Məmişzadə öz çəki dərəcəsində Avropanın ən güclü boksçusu olduğunu isbatlayıb. Qələbəni rəsmiləşdirdikdən sonra Azərbaycan bayrağını qaldıran Elvin Məmişzadə tamaşaçılara təşəkkür edib. Məmişzadənin qızıl medal uğrunda döyüşünü Azərbaycan prezidenti İlham Əliyev də zalda canlı izləyib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri