Lorenzo Sotomayor: “Şadam ki, Azərbaycanın bayrağını qaldırdım”
“Döyüş mənim düşündüyüm kimi normal keçdi. O qədər də çətin olmadı”. Bu fikirləri Avropa Oyunlarının qızıl mükafatçısı, boks üzrə Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor deyib.
Sotomayor çempionluğa layiq olduğunu bildirib: “Çempion olduğum üçün çox sevinirəm. Mən buna layiq idim. Şadam ki, məni belə dəstəkləyən Azərbaycanın bayrağını qaldırdım. Məşqçimin əziyyəti çox olub. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, I Avropa Oyunlarında 64 kiloqram çəki dərəcəsində gücünü sınayan təmsilçimiz finalda italiyalı Vinçenzo Manqiakapreyə qalib gələrək qızıl medal qazanıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri